“Rauf Əliyev Albaniya çempionatı səviyyəsində deyil” - Baş məşqçi

“Rauf Əliyev Albaniya çempionatı səviyyəsində deyil”
Oxunma sayı: 1568

“Rauf Əliyev bizə yardım etmək üçün gəldi. Ondan fərqli şeylər gözləyirdik. Amma olmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Mladen Milinkoviç deyib. 

O, Azərbaycan yığmasının üzvü Rauf Əliyevin “Kukesi”dən ayrılmasına münasibət bildirib. Çalışdırıcı Əliyevin çıxışının onları qane etmədiyini sözlərinə əlavə edib: “Əliev bizə ondan gözlədiyimizi vermədi. Ona yaxşı karyera arzulayırıq.

Amma Albaniya çempionatı səviyyəsində hücumçu deyil. Yaxşı oyunçu olsa da, başqa çempionatlarda oynamalıdır”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi