Rauf Əliyev “Kukesi”də ilk oyununa çıxdı

rauf-eliyev-kukeside-ilk-oyununa-cixdi
Oxunma sayı: 642

Milli komandamızın üzvü Rauf Əliyev Albaniyanın “Kukesi” klubunda ilk oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Makedoniyada təlim-məşq toplanışında olan son ölkə çempionu yerli “Labunişta” klubu ilə yoxlama matçı keçirib.

Aşağı liqa təmsilçisi ilə oyunda start heyətdə meydana çıxan Əliyev sona qədər mübarizə aparıb.

Görüş “Kukesi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.