Rayonda Heydər Əliyevi andılar

rayonda-heyder-eliyevi-andilar
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla anılmasından sonra Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Allahverdi Səfərov ulu öndərin həyat fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. O çıxışında qeyd edib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində inkişaf, dirçəliş olub.

Ulu Öndərin 1978-ci ilin 29 mayında Zərdabda olması dərin minnətdarlıq hissi ilə xatırlanıb.

Anım günü bağça yaşlı uşaqlar, məktəblilər, veteranlar, hüquq-mühafizə orqanlarının işçiləri və rayonun bütün əmək kollektivlərinin üzvləri növbə ilə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüblər.

Daha sonra mərasim iştirakçıları ölkə Prezidentinin iştirakı ilə 7 oktyabr 2012-ci ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi ilə tanış olub, Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə və foto stendlərə baxıblar.