Rayonda nazirdən nə istədilər? - Fotolar

rayonda-nazirden-ne-istediler-fotolar
Oxunma sayı: 633

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazir onların şikayət və təkliflərini dinləyib. Görüşdə Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə qədər vətəndaşın müraciətinə baxılıb.

Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə dərhal həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi elə yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, belə xarakterli görüşlərin ölkənin digər regionlarında da təşkilinin davamı nəzərdə tutulur.