Rayonda qadınların konfransı keçirilib

rayonda-qadinlarin-konfransi-kecirilib
Oxunma sayı: 636

Konfransda çıxış edənlər ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, Qazax qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatındakı rolundan söz açıblar. Bildirilib ki, rayon əhalisinin 51%-ni qadınlar təşkil edir. Qazaxda səhiyyədə işləyənlərin 79%-i , təhsildə 85%-i, mədəniyyət sahəsində işləyənlərin isə 66%-ni qadınlar təşkil edir. Dövlət idarəetməsində çalışanların 40%-i qadınların payına düşür. Rayonda həmçinin 2 qadın bələdiyyə sədri var. Qazax rayon icra hakimiyyətində isə müavin və şöbə müdiri də daxil olmaqla ümumilikdə 10 qadın işləyir. Qazax rayonunun qadınlarından 2 əməkdar müəllim, 2 tərəqqi medallı, 3-ü isə ilin ən yaxşı müəllimi adına layiq görülüb.

Erkən nikahların doğurduğu mənfi nəticələrindən danışan millət vəkili qadınlara qarşı zorakılıq, məişət zorakılığı, ailədaxili zorakılıq kimi mənfi hallara qaraşı mübarizə istiqamətində ziyalıların, fəal xanımların bütün bölgələrdə , kəndlərdə insanların maarifləndimə işinə daha çox diqqət və vaxt ayırmağa çağırıb. Boşanmaların sayının artmasının bütün qadınları və bütün cəmiyyəti narahat etməli məsələ oduğunu deyən millət vəkili Qənirə Paşayeva bu məsələyə də bütün bölgələrdə diqqətin daha da artırılmasına çağırıb.

Bölgələrdə, xüsusilə kəndlərdə gənc qadınlar və analar arasında tibbi maarifləndirmə məsələlərinin sürətləndirilməsinin vacibliyindən danışan millət vəkili Qənirə Paşayeva nikaha daxil olan gənclər arasında ən geci toy gününə qədər nikah qeydiyyatının aparılmasının vacibliyindən və bu sahədə ortada olan problemlərdən danışıb.