Rayonda qəza oldu

rayonda-qeza-oldu
Oxunma sayı: 656

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, rayonun Atakişili kəndində “VAZ-2106” markalı avtomobil “KamAZ” markalı yük avtomobililə toqquşub.

Nəticədə “VAZ-2106” markalı minik avtomobilin sürücüsü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. Minik avtomobilində olan 2 sərnişin isə ağır bədən xəsarətlərilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla minik avtomobilindən çıxarılaraq təcili yardım xidmətinə təhvil veriliblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat saat 19:41-də başa çatıb