Rayonda qulaq kəsdilər

rayonda-qulaq-kesdiler
Oxunma sayı: 676

Ötən gün İmişli rayon sakini həmyerlisinin qulaqlarını kəsib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İmişli rayonunun Hacalmuradlı kəndi ərazisində kənd sakini Nizami Rüstəmov münaqişə zəminində həmyerlisi Seyfəddin Əhmədovun qulaqlarının bir hissəsini bıçaqla kəsib. Nizami Rüstəmov İmişli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.