Rayonlara dolu düşəcək

rayonlara-dolu-dusecek
Oxunma sayı: 634

Səhər bəzi yerlərdə zəif duman olacağı, axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 24-29 dərəcə, axşama doğru 22 dərəcəyədək isti təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq isə hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Ölkə ərazisində bu gün və sabah gecə və səhər hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Nigar Məmmədli