Rayonlara leysan yağacaq

rayonlara-leysan-yagacaq
Oxunma sayı: 652

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 23-28 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə iyunun 22-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Nigar Məmmədli