Rayonlarda yağış yağacaq, dolu gözlənilir

Rayonlarda yağış yağacaq, dolu gözlənilir
Oxunma sayı: 3102

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

“Qafqazinfo” xəbər verir ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində  şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Şimal çimərliklərində dəniz suyunun temperaturu (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər saatlarında bəzi qərb rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi