Razi Nurullayev Pakistan səfirliyində görüş keçirib

razi-nurullayev-pakistan-sefirliyinde-gorus-kecirib
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, görüşdə səfirliklə AXCP arasında daha sıx münasibətlərin yaradılması, görüşlərin intensivləşdirilməsi və bir sıra hər iki tərəfin maraqlarını ehtifa edən məsələlər müzakirə edilib. Səfirlik rəsmisi bildirib ki, son iki ildə Pakistanda baş verən daşqınlar ucbatından səfirlik də, əsasən, onun nəticələrinin aradan qaldırılması üçün daha çox çalışıb. O qeyd edib ki, səfirlik, Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyətində çalışan təşkilat və insanlarla sıx əlaqə yaratmaqda maraqlıdır. AXCP rəsmisi də öz növbəsində qeyd edib ki, Azərbaycanlılar da Pakistanlılara qardaş xalq kimi yanaşır və Azərbaycanın da dövlət müstəqilliyinin ilk dəfə olaraq Türkiyədən sonra ikinci dövlət olaraq Pakistan tərəfindən tanınması da yaddaşlardan silinə bilməz. Görüşdə razılıq əldə olunub ki, yaxın zamanlarda partiya rəhbərliyi ilə səfirlik arasında daha geniş formatda görüş keçirilsin.