Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı

Razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızdı
Oxunma sayı: 652

İngilis hökumətinin son bir ay ərzində hazırladığı razılaşdırılmamış Brexit ssenarisi mətbuata sızıb. 

“Qafqazinfo” Sundey Times-a istinadən xəbər verir ki, “Sarı çəkic əməliyyatı” adlı sənəddə razılaşdırılmamış Brexitdən sonra ölkənin üzləşəcəyi böhranlar qeyd olunub. 

Belə ki, ssenariyə əsasən ölkə neft, qida və dərman böhranıyla üzləşəcək. Həmçinin İngiltərənin parçası olan Şimali İrlandiya ilə Avropa Birliyi ölkəsi olan İrlandiya Cümhuriyyəti arasında fiziki sərhəd formalaşdırılacaq. Bu da bölgədə etirazlara səbəb olacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi