“Real” azarkeşlər üçün tabutlar satışa çıxarır - Foto

real-azarkesler-ucun-tabutlar-satisa-cixarir
Oxunma sayı: 830

Madridin “Real” klubunun azarkeşləri ölərkən də sevimli komandalarından ayrı qalmayacaqlar. “Qafqazinfo” xəbər verir ki, bir şirkət “kral klubu”nun fanatları üçün tabutlar hazırlanmağa başlayıb.

“Mi Ultimo Capricho” adlı cənazə şirkəti "kral klubu"nun azarkeşləri üçün tabutlar istehsal edib. "Real"ın stadionu “Santyaqo Bernabeu”nun maketinə oxşar hazırlanan tabutların üzərində klubun loqosu və Çempionlar Liqasının kuboku yerləşdirilib.

Şirkət rəsmisi bu təklifi “Real” azarkeşlərindən aldıqlarını bildirib. Şirkət tabutların qiymətinin 15 min avrodan başladığını açıqlayıb.