“Real” Beyli yayda satacaq

real-beyli-yayda-satacaq
Oxunma sayı: 1149

İspaniyanın “Real” klubu futbolçusu Qaret Beyli yayda satmaq fikrindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, uelsli oyunçunun çıxışı Madrid rəhbərliyini qane etmir.

Bundan əlavə Beylin tez-tez zədələnməsi də klub rəhbərliyini narahat edir.

Xatırladaq ki, 28 yaşlı futbolçu 2013-cü ildən kral klubunun şərəfinin qoruyur. Onun klubu ilə 2022-ci ilə qədər müqaviləsi var.