“Real” darmadağın, “Bavariya”dan əzmkar qələbə - Video

real-darmadagin-bavariyadan-ezmkar-qelebe
Oxunma sayı: 8564

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, “Yuventus” öz meydanında “Real”ı qəbul edəcək. Ötən mövsüm Çempionlar Liqasının finalında qarşılaşan bu komandaların oyununa maraq böyükdür.

Günün digər matçında isə “Sevilya” “Bavariya”nı qonaq edəcək. Cütün favorit “Bavariya” göstərilir.

3 aprel , Çempionlar Liqası

1/4 final (ilk oyunlar)

“Yuventus” – “Real” - 0:3

Qol: Ronaldo, 3, 64; Marselo, 72

Qırmızı vərəqə: Paulo Dibala, 66

“Sevilya” - “Bavariya” - 1:2

Qollar: Sarabria, 32 - Xesus Navas, 37 (avtoqol); Tiaqo, 68

**

"Real" "Yuventus" səfərində hesabı erkən açıb. 3-cü dəqiqədə Ronaldo komandasını hesabda önə çıxarıb.

***

"Sevilya" - "Bavariya" matçında da hesab açılıb. "Sevilya"nın futbolçusu Sarabiya oyunda ilk qolu vurub. Meydan sahibləri 1-0 öndədir.

***

37-ci dəqiqədə "Bavariya" hesabı bərabərləşdirib. "Sevilya"nın futbolçusu Xesus Navas avtoqolla yadda qalıb.

***

64-cü dəqiqədə Ronaldo fantastik qol vuraraq "Real"ı hesabda 2-0 önə çıxarıb.

***

Qoldan 2 dəqiqə sonra "Yuventus" azlıqda qalıb. Dibala qırmızı vərəqə alaraq meydandan qovulub.

***

Rəqibinin azlıqda qalmasından maksimum istifadə edən "Real" qısa zamanda 3-cü qolu vurub. 72-ci dəqiqədə Marselo komandasının 3-cü qoluna imza atıb..

***

"Sevilya" - "Bavariya" matçında qonaqlar əzmkarlıq nümayiş etdirərək hesabda önə çıxmağı bacarıb. Almaniya təmsilçisinin 2-ci qolunu 68-ci dəqiqədə Tyaqo Alkantra vurub.