“Real” donmağa, “Çelsi” qisas almağa...

real-donmaga-celsi-qisas-almaga
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Moskva ÇSKA-sı doğma meydanda “Real”ı qəbul edəcək. “Kral klubu” təkcə ÇSKA ilə deyil, həm də kəskin şaxtalı hava şəraiti ilə mübarizə aparmalı olacaq. Digər görüşdə isə “Napoli” İtaliyada “Çelsi” ilə üz-üzə gələcək. Qrup mərhələsində “Mançester Siti”ni qabaqlayaraq pley-offa vəsiqə qazanan neapollular indi də digər İngiltərə təmsilçisini yarışdan kənarlaşdırmaq istəyir.

21 fevral

21:00. ÇSKA (Rusiya) – “Real” (İspaniya)
23:45. “Napoli” (İtaliya) – “Çelsi” (İngiltərə)

Ceyhun Əhmədov