REAL-ın qurultayı təxirə salındı

REAL-ın qurultayı təxirə salındı
Oxunma sayı: 690

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb.

“Qafqazinfo” partiyanın saytına istinadən xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında bildirilib ki, buna səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yer ayımaqdan imtina etməsi olub. Təşəbbüs Qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirilib ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq.

Qeyd olunub ki, qurultayın noyabrın 4,5,11,12,18,19,25,26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.
Mətbuat konfransında qeyd olunub ki, istənilən cavabdan asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi