“Real” işini birinci hissədə gördü

real-isini-birinci-hissede-gordu
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, məsələni elə ilk yarıdaca həll edən madridlilər 45 dəqiqəyə 5 qol sığışdıra biliblər. Birinci qolu oyunun 9-cu dəqiqəsində Hiquain vurub. 24-cü dəqiqədə Anxel Di Mariya hesabı 2-0 edib. 2 dəqiqə sonra Kriştiyano Ronaldo oyunda ilk qolunu vurub. 41-ci dəqiqədə yenə Ronaldo fərqlənib və hesabı 4-0-a çatdırıb. Ancaq birinci hissənin və oyunun yekun nəticəsini 45-ci dəqiqədə Anxel Di Mariyanın qolu müəyyənləşdirib.

İqbal