“Real” İspaniya Superkubokunun qalibi oldu - Video

real-ispaniya-superkubokunun-qalibi-oldu
Oxunma sayı: 638

İspaniya Superkubokunun cavab oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, həlledici görüşdə Madridin “Santyaqo Bernabeu” stadionunda ötən mövsümün çempionu “Real” Kral Kubokunun qalibi “Barselona” ilə üz-üzə gəlib.  Qarşılaşma 2-0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, əzəli rəqiblər arasında keçirilən ilk oyunda madridlilər üstün olmuşdu - 3:1.

“Real” – “Barselona” 2:0

Qollar: Marko Asensio (4 dəq.), Kərim Benzema (39)

Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya superkubokunu qazanıb.