“Real” - “Liverpul” matçından öncə bomba həyəcanı - 5 stansiya boşaldıldı

real-liverpul-matcindan-once-bomba-heyecani
Oxunma sayı: 2399

Bu gün Çempionlar Liqasının finalının keçiriləcəyi Kiyevdə mat öncə hə\yəcanlı dəqiqələr yaşanır.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, matçın keçiriləcəyi Olimpiya stadionunun yaxınlığına bomba qoyulması barədə polisə məlumat daxil olub.

Dərhal ərazi nəzarətə götürülüb və axtarışlar aparılıb. Təhlükəsizliyi təmin etmək məqsədilə əraziyə yaxın yerləşən “Dnepr”, “Hidropark”, “Levoberejnaya”, “Arsenalnaya” və “Geroev Dnepra” metro stansiyaları isə boşaldılıb.

Axtarışlar nəticəsində heç bir təhlükəli əşya tapılmayıb. Məlumatın yalan olduğu dəqiqləşdirildikdən sonra stansiyalar yenidən fəaliyyətə başlayıb.

Qeyd edək ki, final matçı öncə Kiyevin mərkəzindəki bir çox küçə nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılıb.