“Real Madrid” Danilonu da satdı

real-madrid-danilonu-da-satdi
Oxunma sayı: 644

Danilo Luiz da Silva “Mançester Siti”yə transfer olub.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı sağ cinah müdafiəçisi isə 5 illik müqavilə imzalanıb.

2015-ci ildə “Portu”dan 31,5 milyon avroya “Real Madrid”ə keçən 26 yaşlı futbolçu “Mançester Siti”yə 30 milyon avroya satılıb.

Qeyd edək ki, “Kral klubu” Danilodan öncə Moratanı “Çelsi”yə, Mariano Diası “Lyon”a, Dieqo Lorenteni “Real Sosyedad”a satmış, Xames Rodriqesi “Bavariya”ya, Koentraonu isə “Sportinq”ə icarəyə göndərmişdi.

Bu transferlərdən əldə edilən pulla “Monako”dan Kayl Mbappenin transfer ediləcəyi iddia edilir. Mbappe üçün 135 milyon tələb edildiyi bildirilir.