“Real” Madrid dünyanın ən bahalı klubu oldu

real-madrid-dunyanin-en-bahali-klubu-oldu
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, 9 ildir dünyanın ən bahalı klubu adına layiq görülən “Mançester Yunayted” 2013 cü ildə yerini “Real” Madridə verib. Belə ki, kral klubu 2 milyard 532 milyon avroyla siyahıya başçılıq edir. “Mançester Yunayted” isə 2 milyard 439 milyon avro ilə 2-ci sırada qərarlaşıb. Daha sonra 1 milyard 995 milyon avroyla “Barselona” gəlir. “Arsenal” isə ən varlılar arasında 1 milyard 17 milyon avro ilə 4-cü yerdə qərarlaşıb. 5-ci yerə isə “Bavariya” 1 milyard 5 milyon avro ilə sahiblənib.

İqbal