“Real Madrid” La Liqaya qələbə ilə başladı - Video

real-madrid-la-liqaya-qelebe-ile-basladi
Oxunma sayı: 2351

İspaniya La Liqasında yeni mövsümün birinci turunun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turun ikinci günündə “Real Madrid” səfərdə “Selta Viqo” klubu ilə qarşılaşıb. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Real Madrid”in heyətində Benzema (12), Kroos (61), Vaskes (80) fərqlənib.