“Real Madrid” məğlub oldu, “Siti”dən səfər qələbəsi - Gecənin nəticələri

“Real Madrid” məğlub oldu, “Siti”dən səfər qələbəsi
Oxunma sayı: 1615

Çempionlar Liqasında 4-cü tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Tottenhem” və “Real Madrid” qarşılaşıb. İngiltərə təmsilçisi güclü rəqibi qarşısında üstün oyun nümayiş etdirib və matçdan 3:1 qalib ayrılıb.

“Mançester Siti” çətin “Napoli” səfərində asan qələbə qazanıb. Türkiyə təmsilçisi “Beşiktaş” isə öz meydanında “Monako” ilə 1:1 bərabərə qalıb.

Günün sürpriz nəticəsi də 1:1 olub. Belə ki, “Borussiya Dortmund” öz meydanında APOEL-in müqavimətini qıra bilməyib:

Nəticələri təqdim edirik:

E qrupu

“Liverpul” (İngiltərə) - “Maribor” (Sloveniya) - 3:0

Qollar: Salah, 49, Emre Can, 64, Starric, 90

“Sevilya” (İspaniya) - “Spartak” (Rusiya) - 2:1

Qollar: Lanqlet, 30, Baneqa, 59 - Ze Luis, 78

 

F qrupu

“Şaxtyor” (Ukrayna) - “Feyenoord” (Hollandiya) - 3:1

Qollar: Ferreyra, 14, Marlos, 17, Marlos, 68 - Yorgensen, 12

“Napoli” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:4

Qollar: İnsinye, 21, Jorjinyo, 62 (pen.) - Otamendi, 34, Con Stons, 48, Aqüero, 69. Sterlinq, 90+2

 

G qrupu

“Beşiktaş” (Türkiyə) - “Monako” (Fransa) - 1:1

Qollar: Cenk Tosun, 53 (pen.) - Roni Lopes, 45+1

“Porto” (Portuqaliya) - “Leypsiq” (Almaniya) - 3:1

Qollar: Herrera, 13, Pereyra, 61, 90+3 - Verner, 48

 

H qrupu

“Tottenhem” (İngiltərə) - “Real” (İspaniya) - 3:1

Qollar: Delle Alli, 27, 56, Eriksen, 65 - Ronaldo, 80

“Borussiya Dortmund” (Almaniya) - APOEL (Kipr) - 1:1

Qollar: Gerrero, 39 - Pote, 51


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi