“Real” Madrid və “Borusiya Dortmund” növbəti mərhələdə

real-madrid-ve-borusiya-dortmund-novbeti-merhelede
Oxunma sayı: 641

“Qafqazinfo” xəbər verir ki, “Mançester Yunayted” “Real” Madridə öz meydanında 2-1 hesabı ilə məğlub olub. Baxmayaraq ki, elə hesabda birinci olaraq “Mançester” öndə olub. Ümumilikdə bu oyunda bütün qolları “Real”ın futbolçuları vurublar. 48-ci dəqiqədə Serxiyo Ramos avtoqol müəllifi olub. Görüşün türkiyəli hakimi Cüneyt Çakır 56-cı dəqiqədə Nanini meydandan qovub. Bu qırmızı vərəqə bəlkə də nəticəyə təsir edib və belə demək olarsa, oyunun qırılma anı kimi yadda qalıb. Çünki 10 dəqiqə sonra Luka Modriç “Real”a gələndən bəri ən önəmli və gözəl qolunu vurub. 69-cu dəqiqədə isə Kriştiyano Ronaldo komandasına turu gətirən qola imzasını atıb.

Digər ¼ finalçı isə “Borusiya Dortmund” olub. Almanlar öz meydanında “Şaxtyor Donetsk”i 3-0 hesabı ilə məğlub ediblər. Görüşdə “Borusiya”nın qollarını Santana Avqusto, Mariyo Götze,Yakop Blaşikovski vurublar.

İqbal