“Real” onun üçün 60 milyon təklif edir

real-onun-ucun-60-milyon-teklif-edir
Oxunma sayı: 2210

İspaniyanın “Real” klubu yeni qapıçı axtarışlarını davam etdirir.

“Qafqazinfoxarici KİV-ə istinadən xəbər verir ki, kral klubu “Roma”nın qapıçısı Alissonu transfer etmək istəyir. Bunun üçün qarşı tərəfə 60 milyon avro ödəməyə razıdır.

“Real” 25 yaşlı qapıçı ilə 5 illik müqavilə imzalamağı planlaşdırır. Oyunçuya isə illik 5 milyon avro maaş təklif edir.

Xatırladaq ki, Alissonu heyətinə qatmaq uğrunda İngiltərinin “Liverpul” klubu da mübarizə aparır.