“Real” öz meydanında məğlub oldu - Fotolar + Video

real-oz-meydaninda-meglub-oldu
Oxunma sayı: 2804

İspaniya La Liqasının 24-cü turunda sensasiya qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, çempionluq mübarizəsi aparan və ölkə çempionatında son 5 matçında qalib gələn “Real” bu turda öz meydanında sürpriz şəkildə məğlub olub.

Turnir cədvəlinin son pillələrində qərarlaşan “Jirona” güclü rəqibi qarşısında 2:1 hesablı sürpriz qələbə qazanıb. Matçda hesabı “Kral klubu” açsa da, “Jirona” əzmkarlıq nümayiş etdirərək 2 qol vurmağı bacarıb.

Bu mövsüm 7-ci məğlubiyyətini alan “Real” 45 xalda qalıb və yenidən 3-cü pilləyə enib. “Jirona” isə xalını 27-yə çatdıraraq 15-ci pilləyə yüksəlib.

Hazırda “Barselona” 54 xalla, 1-ci, “Atletiko” isə 47 xalla 2-ci pillədə yer alır.

“Real” - “Jirona” - 1:2

Qollar: Kazemiro, 25 - Stuani, 65, Portu, 75

Qırmızı vərəqə: Ramos, 90 (“Real”)