“Real” şansı əldən vermədi - Video

real-sansi-elden-vermedi
Oxunma sayı: 2270

İspaniya La Liqasında 16-cı turdan təxirə salınmış oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” səfərdə “Leqanes” lə qarşılaşıb.

Matçda hesabı “Leqanes” açsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. “Real Madrid” 3 qol vuraraq matçdan qalib ayrılıb.

Madrid təmsilçisi bu qələbə sayəsində üçüncü pilləyə yüksəlib. Hazırda “Kral klubu” lider “Barselona”dan 14 xal geri qalır.

“Leqanes” - “Real Madrid” – 1:3

Qollar: Bustinza, 6 – Lukas, 11, Kazemiro, 29, Ramos, 90