“Real” tarixinin “qızıl heyət”i

real-tarixinin-qizil-heyeti
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Marka” qəzeti oxucular arasında keçirdiyi səsvermə ilə klub tarixinin “qızıl heyət”ini müəyyənləşdirib. 157265 nəfərin iştirak etdiyi sorğu nəticəsində Luis Nazario Ronaldo, Luiş Fiqu, Devid Bekhem kimi bir çox ulduz futbolçular heyətdən kənarda qalıb.

Ən çox səs toplayan futbolçular isə aşağıdakılar olub:
İker Kasilyas, Roberto Karlos, Fernando Hiero, Serxio Ramos, Fernando Redondo, Zinəddin Zidan, Mişel, Ferens Puşkas, Alfredo Di Stefano, Raul Qonzalez, Kriştiano Ronaldo.

Ceyhun Əhmədov