“Real” və Ronaldo fərqi qorudu

real-ve-ronaldo-ferqi-qorudu
Oxunma sayı: 676

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Madrid “Real”ının “Betis”i məğlub etdiyi turda “Barselona” “Rasinq”in qonağı olub. Katalonlar 2:0 hesablı qələbə sayəsində “kral klubu” ilə 10 xallıq fərqin böyüməsinə imkan verməyib. Bu oyunda dubl edən Lionel Messi də bombardirlik yarışında əsas rəqibi olan və bu tur “Betis”in qapısından iki top keçirən Kriştiano Ronaldonu izləməyə davam edir. Hazırda onların hesabında uyğun olaraq 30 və 32 top var.
Turun son oyunu bu gün keçiriləcək.

"Malaqa" - "Levante" - 1:0
Qol: Rondon, 51 (1:0)
"Real" (Sosyedad) - "Saraqoza" - 3:0
Qollar: Aqirretxe, 18 (1:0), 39 (3:0), Vela, 21 (2:0)
"Sportinq" (Xixon) - "Sevilya" - 1:0
Qol: Kastro, 33 (1:0)
"Betis" - "Real" (Madrid) - 2:3
Qollar: Molina, 10 (1:0), İquain, 25 (1:1), Ronaldo, 52 (1:2), 73 (2:3), Montero, 55 (2:2),
"Atletiko" (Madrid) - "Qranada" - 2:0
Qollar: Miranda, 38 (1:0), Falkao, 90 (2:0)
"Espanyol" - "Rayo Valyekano" - 5:1
Qollar: Uçe, 4 (1:0), 45 (4:0), 69 (5:1), Koutinyo, 10 (2:0), 22 (3:0), Tamudo, 54 (4:1)
"Valensiya" - "Malyorka" - 2:2
Qollar: Kosta, 23 (1:0), Aduriz, 42 (2:0), Nsue, 57 (2:1), Viktor, 66 (2:2)
"Santander" - "Barselona" - 0:2
Qollar: Messi, 29 (0:1), 56-pen (0:2)
"Osasuna" - "Atletik" (Bilbao) - 2:1
Qollar: İturraspe, 9 (1:0), Qarsiya, 31 (2:0), Lorente, 55 (2:1)

"Vilyareal" - "Qetafe"

Ceyhun Əhmədov