“Real”da ciddi itki

realda-ciddi-itki
Oxunma sayı: 1904

İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Toni Kross zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, futbolçu məşq zamanı dizindən zədə alıb. Almaniyalının bir müddət yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Onun nə zaman sıraya dönəcəyi barədə isə hələlik məlumat verilmir.