“Real”da daha bir ciddi itki - “Bavariya”ya qarşı oynamayacaq

realda-daha-bir-ciddi-itki
Oxunma sayı: 1733

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi İsko zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, ispan futbolçu Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya”ya qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək

Buna 26 yaşlı futbolçunun Münhendəki qarşılaşmada çiynindən zədə alması səbəb olub.

Qeyd edək ki, “Santyaqo Bernabeu”dakı matçda “Real”ın digər aparıcı üzvü Dani Karvahal da forma geyməyəcək.