“Real”da istefa - Tanınmış iqtisadçı getdi

realda-istefa
Oxunma sayı: 640

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

2011-ci ildən İdarə Heyətinin (İH) üzvü olduğunu deyən iqtisadçı ayrılmasına belə aydınlıq gətirib:

"REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.
Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Ötən 6 ildə REAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.
Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq. 

Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...”