“Real”dan yeni transfer

realdan-yeni-transfer
Oxunma sayı: 2431

İspaniyanın “Real” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Santos”dan Rodriqo Qoesi transfer edib. 18 yaşlı braziliyalı hücumçu ilə sabah müqavilə imzalanacaq.

İspaniya mətbuatının iddisına görə, bu transfer “kral klubu”na 45 milyon avroya başa gəlib.