“Real”ı dayandıran tapılmır

reali-dayandiran-tapilmir
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, lider “Real Madrid” evdə “Espanyol”la qarşılaşıb. Joze Mourinyonun yetirmələri rəqibinə 5 cavabsız top vurub. 3-cü pillədə qərarlaşan “Valensiya” isə səfərdə “Qranada”nı 1 qolla üstələyib. Beləliklə, Madrid “Real”ı ən yaxın izləyicisi “Barselona” ilə 10 xallıq fərqi qoruya bilib.
Qeyd edək ki, turun son görüşü bu gün keçiriləcək.

"Rayo Valyekano" - "Santander" 4:2
Qollar: Moya, 9 (0:1), Kolsa, 28 (0:2), Miku, 45 (1:2), 65 (2:2), Tamudo, 68 (3:2), Piti, 73 (4:2)
"Qetafe" - "Malaqa" - 1:3
Qollar: Kastro, 42 (1:0), Eliseu, 57 (1:1), Tulalan, 82 (1:2), Kazorlo, 90 (1:3)
"Malyorka" - "Osasuna" - 1:1
Qollar: Seyudo, 45 (0:1), Nsue, 71 (1:1)
"Barselona" - "Sportinq" (Xixon) - 3:1
Qollar: İniyesta, 42 (1:0), Barral, 49 (1:1), Keyta, 79 (2:1), Xavi, 88 (3:1)
"Sevilya" - "Atletiko" (Madrid) - 1:1
Qollar: Salvio, 9 (0:1), Baba, 53 (1:1)
"Saraqoza" - "Vilyareal" - 2:1
Qollar: Martinukkio, 16 (0:1), Qarsiya, 85 (1:1), Minero, 90 (2:1)
"Atletik" (Bilbao) - "Real" (Sosyedad) - 2:0
Qollar: Susayeta, 24 (1:0), 80 (2:0)
"Qranada" - "Valensiya" - 0:1
Qol: Feqhouli, 32 (0:1)
"Real" (Madrid) - "Espanyol" - 5:0
Qollar: Ronaldo, 24 (1:0), Xedira, 38 (2:0), İquain, 47 (3:0), 78 (5:0), Kaka, 67 (4:0)

"Levante" - "Betis"

Ceyhun Əhmədov