“Real”ın sabiq üzvü Azərbaycandan təklif alıb

realin-sabiq-uzvu-azerbaycandan-teklif-alib
Oxunma sayı: 1780

Çili milli komandasının sabiq futbolçusu İvan Samorano Azərbaycandan təklif alıb.  

“Qafqazinfo” xəbər verir ki, 51 yaşlı mütəxəssis açıqlamasında Azərbaycanla yanaşı, Çində işləmək imkanın olduğunu da bildirib. Lakin o, təklifləri məşqçi işləmək istəmədiyi üçün rədd edib.
 
Samoranonun son klubu "Kolo Kolo"ya idman direktoru kimi də qayıtmaq imkanı olub. O, bu təklifə də "yox" cavabı verib.
 
Qeyd edək ki, karyerası ərzində "Sevilya", "Real" və "İnter" kimi klublarda çıxış edən keçmiş hücumçu hazırda ABŞ telekanallarının birində şərhçi kimi fəaliyyət göstərir.