Rəbbaninin dəfnində qarışıqlıq düşdü

rebbaninin-defninde-qarisiqliq-dusdu
Oxunma sayı: 640

“Qafqazinfo”nun “France-Presse” agentliyinə istinadən verdiyi xəbərə görə, polis dəfn yerinə toplaşmış insanları havaya atəş açaraq qovmağa məcbur olub. Əfqanların çoxu prezident Həmid Kərzayi və onun Qərb müttəfiqlərini günahlandırırlar. Dəfnə toplaşanlar “Amerikaya ölüm!”, “Pakistana ölüm!” və “Kərzayiyə ölüm” şüarlarını səsləndiriblər.
Kabul polisinin rəisi Məhəmməd Zair bildirib ki, kütləvi etirazlar qarşıdurmaya səbəb olmayacaq, polis qüvvələri vəziyyətə nəzarət edir. Rəbbaninin dəfni zamanı təhlükəsizliyin təmin olunması üçün Kabul küçələrinə əlavə olaraq 3 min polisin çıxarıldığı xəbər verilir.