“Receb İvedik”lə bağlı daha bir - Qalmaqal

“Receb İvedik”lə bağlı daha bir
Oxunma sayı: 2672

Bir müddət əvvəl premyerası keçirilən və rekord sayda izlənilən “Receb İvedik 5” filmi ilə bağlı daha bir qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, ekran işinin baş qəhrəmanı Şahan Gökbakar və layihəni ərsəyə gətirən “Çamaşırhane Film” şirkəti ilə bağlı İstanbul Baş Prokurorluğuna çoxlu sayda şikayət daxil olub. 

İddia olunub ki, aktyor filmdə türkləri və Türkiyə bayrağını alçaldıb. Şikayətlə bağlı Gökbakar prokurorluğa çağırılıb və ifadə verib. 

O, kinonun yayımlanmağı üçün Mədəniyyət Nazirliyindən icazə aldığını, xalqını və bayrağını təhqir etmədiyini bildirib. 

Qeyd edək ki, filmdə azərbaycanlı güləşçi ilə aktyorun qarşılaşma səhnəsi etirazla qarşılanmış, həmin kadrlar çıxarılmışdır. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi