“Recep İvedik” məhkəməlik oldu

recep-ivedik-mehkemelik-oldu
Oxunma sayı: 1404


Türkiyənin ən populyar komik aktyor və prodüserlərindən biri Şahan Gökbahar "Receb İvedik 4" filminin nümayişindən əldə olunan gəlirlərin az olduğundan şikayət edirdi.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, aktyor son filminə daxil edilməmiş səhnələrdən birinin fraqmentini Twitter-dəki profilində paylaşıb.

Ş.Gökbaharın dediyinə görə, "Recep İvedik 4" filminin nümayişindən əldə olunan 71,284 milyon lirədən onun payına 25 milyon lirə düşürdü. 

Lakin prodüser Murat Akdilek bu pulu vermədiyi üçün Ş.Gökbahar məhkəməyə müraciət edib.