RED Communications və Ketchum Maslov saziş imzaladı

red-communications-ve-ketchum-maslov-sazis-imzaladi
Oxunma sayı: 645

RED Communications-dan “Qafqazinfo”ya verilən məlumata görə, saziş Ketchum Maslov şirkətinin xidmət coğrafiyasının genişləndirilməsinə yönələn növbəti addımdır. Ketchum Maslov ilə tərəfdaşlıq RED Communications şirkətinə, öz növbəsində, rusiyalı həmkarlarla birgə beynəlxalq layihələrdə iştirak etmə imkanı yaradacaq. Eyni zamanda, agentlik Ketchum şəbəkəsinin resurs və texnologiyalarına çıxış əldə edəcək.

Ketchum Maslov şirkətinin Baş ortağı Mixayil Maslov deyib ki, RED Communications ilə imzaladıqları saziş, qonşu ölkələrin kommunikasiya xidmətləri bazarlarında iştirakın genişləndirilməsinə yol açacaq.

RED Communications şirkətinin Baş Direktoru Tatyana Mikayılova isə bildirib ki, mövcud müqavilə hər iki şirkətin xidmət coğrafiyasını daha da genişləndirəcək, yerli müştərilərin isə müasir PR texnologiyalara çıxışını təmin edəcək.

Nigar Məmmədli