Rəfail motosikldə öldü

refail-motosiklde-oldu-
Oxunma sayı: 651

İyulun 23-ü saat 17:30 radələrində, Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında, orada işləyən Cəlal Nəbiyev mübahisə zəminində iş yoldaşı Əmrəddin Nuriyevin qarın nahiyəsindən bıçaq xəsarəti yetirdiyi üçün Qaradağ RPİ 38-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Səbail RPİ 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Rüstəm İsayev tutulmuşdur.

Mayın 12-də M.Hadi küçəsində Ruslan Mirzəyevi hədələməklə 200 ABŞ dolları və mobil telefonunu alaraq soyğunçuluq etmiş Masallı rayon sakini Şükür Kazımov iyulun 23-də Xətai RPİ 34-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 24-ü saat 07 radələrində Nicat Qarayevə məxsus C.Məmmədquluzadə küçəsində yerləşən mağazadan pul və danışıq kartları oğurlayan Kamran Əliyev DİN ÇPA-nın əməkdaşları tərəfindən tutularaq aidiyyatı üzrə Nəsimi RPİ 21-ci PB-yə təhvil verilmişdir.

İyulun 24-ü saat 17:50 radələrində, Şəhər şossesində Rəfail Əliyev idarə etdiyi «Yamaha» markalı motosiklin idarəetməsini itirərək maneəyə vurmuş, nəticədə hadisə yerində ölmüşdür.