"Referendum qeyri-qanunidir" - Türkiyə Təhlükəsizlik Şurası bəyanat yaydı

referendum-qeyri-qanunidir
Oxunma sayı: 1715

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasın əsas müzakirə mövzusu 25 sentyabrda İraq Kürd Regional Hökumətinin keçirmək istədiyi müstəqillik referendumu olub.

2 saat davam edən iclasdan sonra açıqlanan bəyanatda referendum qeyri-qanuni adlandırılıb.

Qeyd edilib ki, referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər.

“Bu addım həm Türkiyənin, həm də regionun təhlükəsizliyi üçün böyük təhdiddir. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, əgər referendum keçirilərsə, Türkiyə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirəcək”.

Qeyd edək ki, son günlər Türkiyə ordusu İraqın şimalına qoşunlarını yeridərək referendum öncəsi son hazırlıqlarını görməyə başlayıb.