Rəfiqəsi böyrəyini Selena Qomesə verdi - 9 illik dostluğun sübutu...

refiqesi-boyreyini-selena-qomese-verdi
Oxunma sayı: 3482

Dünya şöhrətli müğənni Selena Qomes çox ağır əməliyyat keçirib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, uzun müddətdir “qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkən 25 yaşlı sənətçiyə böyrək köçürülüb. Ona böyrəyini isə 9 ildir dostluq etdiyi amerikalı aktrisa, 29 yaşlı Fransi Raysa verib.

Selena Qomes İnstaqram hesabında xəstəxanada çəkilmiş fotosunu paylaşaraq ona görə narahat olan hər kəsə, xüsusilə də öz həyatını təhlükəyə ataraq böyrəyini verən Raysaya təşəkkür edib.