Rəfiqəsini kürəyindən bıçaqlayanın məhkəməsi oldu

Rəfiqəsini kürəyindən bıçaqlayanın məhkəməsi oldu
Oxunma sayı: 633

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini kürəyindən bıçaqlamaqda təqsirləndirilən Samirə Kurdyukovanın məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. S.Kurdyukova yetkinlik yaşına çatmadığını və futbolçu olduğunu deyib.

Məhkəmə prosesinin qapalı keçirilməsi barədə qərar qəbul edilib. Proses fevralın 15-də davam etdiriləcək. 

İttihama görə, Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı kürək nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. 

Məlum olub ki, F.İbrahimovanı rəfiqəsi S.Kurdyukova mübahisə zamanı bıçaqlayıb. S.Kurdyukova  polis nəzarətinə verilməklə azadlıqda qalıb. 

Qeyd edək ki, S.Kurdyukova 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.


Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi