Regionlarda fermerlərə sərfəli şərtlərlə kredit təqdim ediləcək

Regionlarda fermerlərə sərfəli şərtlərlə kredit təqdim ediləcək
Oxunma sayı: 682

Bank Respublika və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) regionlarda fermer və sahibkarlar üçün “Daha yaxın, daha sərfəli” şüarı altında kredit yarmarkasına start verib.

“Qafqazinfo” xəbər verir ki,  bank AKİA ilə olan əməkdaşlıq çərçivəsində müştərilərə daha rahat tərzdə xidmət göstərmək üçün xüsusi olaraq yaradılacaq mobil ofislər vasitəsilə region mərkəzlərində sahibkarları kredit şərtləri ilə taniş edərək onların müraciətlərinin qəbulunu aparacaq.

Qeyd edək ki, bu tip kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına illik 7%-lə kənd təsərrüfatının inkişafı məqsədilə verilir. Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir. Sahibkarlar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40%-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.

Respublikanın müxtəlif regionlarında həyata keçiriləcək yarmarka sentyabr ayının 14-ə qədər davam edəcək. Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi