Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı

Rəhbərlikdə təmsil olunan 5 şəxs İTV-dən çıxarıldı
Oxunma sayı: 6653

İctimai Televiziyada rəhbərlikdə təmsil olunan 5 şəxs bu gün işdən çıxarılıb. 

“Qafqazinfo” Axar.az-a istinadən xəbər verir ki, bunlar İctimai Televiziyanın Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri, mətbuat katibi (Akif Cabbarlı), mühafizə xidmətinin rəhbəri və daha iki departament rəhbərinin müavinidir.

Məlumata görə, sabah İştimai Televiziya və Radio Yayımları Şurasının iclasından sonra mediaya bu haqda açıqlama veriləcək.

Qeyd edək ki, bu gün KİV-də “Lider” televiziyasında direktor müavini vəzifəsində çalışan və bu yaxınlarda öz istəyi ilə işdən ayrılan Lamiyə Ələkbərovanın İctimai Televiziyada (İTV) Musiqi-Əyləncə və Xüsusi Layihələr Departamentinin rəhbəri vəzifəsinə təyin edilməsi barədə xəbər yayılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi