Rəhim İradədən üzr istədi

Rəhim İradədən üzr istədi
Oxunma sayı: 1464

Müğənni Rəhim Rəhimli Türkiyədə yaşayan ifaçı İradə İbrahimovadan üzr istəyib. “Qafqazinfo” xəbər verir ki, ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlama verərək həmkarına haqsızlıq etdiyini bildirib:

“İradə İbrahimova ilə aramızda anlaşılmazlıq olmuşdu. Aranjımançı Rafiq Hacıyevlə albom hazırlamağa başladıq. Xalq mahnısı ifa etməli idim. Qərara gəldik ki, “Araz axar qiyqacı” mahnısını ifa edim. Rafiq dedi ki, həmin mahnını İradə üçün aranjiman etmişəm, ondan icazə al, oxu. İradəyə zəng vurdum, həmin mahnının minusunu istədim. O da “qurbandı sənə” dedi.

İradəyə söylədim ki, həmin mahnını albom üçün istəyirəm, başqa səhnələrdə oxumayacam. İradəyə söz verdiyimi unuduram və icazəsiz televiziya kanalında oxuyuram. İradə də Türkiyədə bunu görür və inciyir. Ondan üzr istəyirəm, icazəsiz ifa etmişəm. Haqlıdır, üzrümü qəbul etsin. İnşallah bağışlayar”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi