Rəis iki müavini ilə birlikdə Nemət Pənahlını döyüb

reis-iki-muavini-ile-birlikde-nemet-penahlini-doyub-
Oxunma sayı: 644

Bu sözlər hazırda həbsdə olan Nemət Pənahlının ailəsi tərəfindən “Qafqazinfo”ya daxil olan məlumatda öz əksini tapıb.
Məlumatda daha sonra qeyd olunur ki, Mehman Sadıqov da cəmiyyətə Nemət Pənahlı ilə bağlı yalan informasiyalar verir: “O, deyir ki, guya Nemət Pənahlının aclıq aksiyasını dayandırması onların təşəbbüsü ilə olub. Bizim şəxsən Nemət Pənahlıdan aldığımız məlumata görə Nemət Pənahlı deyib ki, mən aclığı sadəcə fiziki mənada çox pis duruma düşə biləcəyimdən ehtiyat edərək dayandırmışam. O ki, qaldı təcridxana rəhbərliyinə, onlar mənimlə qətiyyən ilgilənməmiş, mənimlə bu barədə söhbət belə eləməmişlər. Elxan Sadıqov isə mənə qarşı təzyiqlərini nəinki dayandırmayıb, hətta artırıb. Təcridxanaya düşən gündən o mənə fiziki və psixoloji təzyiqlərinə hər gün davam edib, məni özümün və ailəmin ölümü ilə hədələyib. Və bütün bunları edərkən, yuxarıların göstərişini yerinə yetirdiyini mənə bildirib. Onun bütün istəyi məni səbirdən çıxarıb, bundan mənə qarşı istifadə etməkdir. Elxan Sadıqov məni 2 nəfərin, müavini Süleyman və Karsın müdiri kapitan Fəxrəddinin köməyi ilə döyüb. Dəfələrlə məni ölümlə hədələyib”.
Daha sonra qeyd olunur ki, “biz Nemət Pənahlını müdafiə təşkilatı və ailəsi adından Avropanın bütün insan haqları təşkilatlarına, yerli insan haqları təşkilatlarına Nemət Pənahlının kimliyi, onun fəaliyyəti, uğradığı böhtan və bu gün ona qarşı təcridxanada dövlət məmurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törətdikləri qanun pozuntularından bəhs edən müraciət yazmışıq. Xarici dövlətlərdən müəyyən məlumatlar alsaq da hələ ki, yerli orqanlardan heç bir məlumat ala bilməmişik”.