Rəis müavini iş başında insult keçirdi

reis-muavini-is-basinda-insult-kecirdi
Oxunma sayı: 3274


APA-nın məlumatına görə, xidmətin rəis müavini Ramiz Məmmədov bir həftə əvvəl iş başında insult keçirib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən R. Məmmədov sentyabrın 3-də orada dünyasını dəyişib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, R. Məmmədov Azərbaycanın müstəqillik qazandığı ilk illərdən hərbi komissarlıq sistemində çalışıb. Bundan əvvəl o, sabiq respublika hərbi komissarı Əliağa Hüseynovun müavini olub. Müxtəlif dövrlərdə Respublika Hərbi Çağırış Komissiyasına rəhbərlik edib.