Rəis qızını cərimələyən polisi mükafatlandırdı

reis-qizini-cerimeleyen-polisi-mukafatlandirdi
Oxunma sayı: 11207

Türkiyədə Təkirdağ şəhərində maraqlı hadisə yaşanıb.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi xəbərə görə, yol polisinin rəisi Mustafa Aydın onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb. 

Belə ki, yol polisi əməkdaşı sükan arxasında mobil telefonla danışan Gizem Aydını saxlayaraq ona cərimə yazıb.
 
Hadisədən xəbər tutan M. Aydın qızını cərimələyən polis məmurunu təltif edib.

O, açıqlamasında “İlk növbədə biz yol hərəkəti qaydalarına əməl etməli, daha sonra bunu vətəndaşlardan tələb etməliyik. Qızımı cərimələyən əməkdaşı təltif etdim. O, öz işini yerinə yetirib” deyə bildirib.